Eldar Qasımovun çoxdan gözlənilən dueti

Eldar Qasımovun çoxdan gözlənilən dueti

Müğənni Eldar Qasımov Ukraynanın "Eurovision 2013" müsabiqəsindəki təmsilçisi Zlata Oqneviçlə duet oxuyub. SİA-nın verdiyi məlumata görə, cütlük "İce and fire" ("Buz və alov") adlı mahnını təqdim ediblər.

Nəzərinizə çatdıraq ki, Eldar Qasımov sözügedən duetlə əlaqədar uzun müddətdir ki, Ukraynadadır. Bəstə ilk dəfə "Junior Eurovision" mahnı müsabiqəsində Ukraynanın təmsilçisinin seçildiyi tədbirdə səsləndirilib.

Qeyd edək ki, Eldar Qasımov mahnının Azərbaycanda da təqdim olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə