Serdar Ortaçdan növbəti pis xəbər

Serdar Ortaçdan növbəti pis xəbər

Türkiyənin məşhur müğənnisi Serdar Ortaçdan daha bir pis xəbər gəlib. SİA-nın verdiyi məlumata görə, ifaçının keçirdiyi xəstəlik səbəbi ilə övlad sahibi olmamaq ehtimalı ortaya çıxıb. Belə ki, S.Ortaçın həkimləri onun səhhətinin ağırlaşdıqca övlad sahibi olma ehtimalının da azaldığını bildirirlər. Aldığı pis xəbərdən sarsılan sənətçinin övladlığa uşaq götürmək barədə düşündüyü deyilir.

Qeyd edək ki, gündən-günə səhhəti müəyyən qədər düzələn sənətçiyə konsert vermək təklifləri də gəlir. İfaçı xəstə olduğu müddətdə yazdığı sözləri bəstələmək üçün musiqiçi dostlarına müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə