Müğənni Kərim Abbasov avtomobilini saatda 210 km sürətlə idarə edərkən çəkilmiş videosunu sosial şəbəkədə paylaşaraq "Ulduz oldun, belədir. 200-lə getmək lazımdır" sözlərini yazıb. Onun bu hərəkəti mətbuat işçiləri tərəfindən yaxşı qarşılanmayıb.
Sənətçi məsələ ilə əlaqədar olaraq SİA-ya münasibət bildirib: "Bu video iki il əvvəl "Facebook" səhifəmə yerləşdirilib. İkincisi də, Bakıda yox, Gürcüstanda çəkilib. Sürətlə sürmək "avtoş"luq deyil. Bu, sürət həddini aşmaq deməkdir. "Avtoş" olsaydım, indi polis tərəfindən cəzalandırılmışdım".
Müğənni haqqında bu cür məlumatların yayılmasında jurnalistləri günahlandırıb: "Toylarda oxumaq ayıb deyil. Bununla qürurlanıram. Halal zəhmətimlə qazanıram. Bəzi jurnalistlər kimi kiməsə şər-böhtan atıb, evini yıxmıram. Sizi də qınamıram. Jurnalistikanı bitirib bu sənətə gəlsəydiniz, belə olmazdı. Ərindən boşanan, evindən qaçan, çilingər işləyən, bankda kredit şöbəsində çalışana kimi bəziləri jurnalistikaya gəlib. Sizin boş-boş yazmağınız bu dəfə də alınmadı. Sözlərim ünvanlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB