Sənətçinin ailəsində itki baş verdi FOTOLAR

Sənətçinin ailəsində itki baş verdi FOTOLAR

Türkiyəli müğənni Sinan Akçılın ailəsində pis hadisə yaşanıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin nənəsi Zəhra Çağlayan dünyasını dəyişib. İfaçı bu haqda açıqlama verərək kədərli olduğunu dilə gətirib: "Nənəm reanimasiyada idi. Öləcəyi , elə bil, ürəyimə dammışdı. Bir gün əvvəl yanına gedib onunla söhbət etmişdim. Çox kədərliyəm".

Qeyd edək ki, həmin gün ifaçının sevgilisi aparıcı-model Ebru Şallı onu tək qoymayıb. Dəfn mərasiminə qatılan Ebru Sinanın anası Qayə xanıma sarılaraq başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə