Cabir İmanov: “Bayrağımızı Şuşa qalasına sancacağıq”

Cabir İmanov: “Bayrağımızı Şuşa qalasına sancacağıq”

"Bakılı oğlanlar" komandasının üzvü Cabir İmanov müharibəyə hər zaman hazır olduğunu deyib. SİA-nın xəbərinə görə, aktyor bu haqda sosial şəbəkədə yazıb: "Vətəni sevməyən insan olmaz. Olsa da, o şəxsdə vicdan olmaz". Bəzi vicdansız insanlar düşünmədən vətənin əleyhinə şərhlər yazır. Bunlar kimdir? Allah sizə ağıl versin. Çox yazıqsınız. Torpağını hər zaman qorumağa hazır olan vətəndaş, düzgün tərbiyə almalıdır. Həmin kəs hərbiyə yollananda onun bütün ailə üzvləri bilir ki, vətən uğrunda şəhid ola bilər. Ou da deyim ki, nəyə görə döyüşə gedib ölməkdən başqa heç nəyi düşünmürük? Müharibəyə qələbə əhval-ruhiyyəsi ilə yollanacağıq. Bayrağımızı Şuşa qalasına sancacağıq. Odur ki, Cənab Ali Baş Komandan əmrinizi gözləyirik! Mən vətənimi, millətimi, dövlətimi sevən adamam".

Bütün xəbərlər Facebook səhifəmizdə