Türkiyədə yaşayan model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel verilişlərin birində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, aktyor həyat yoldaşı haqqında mətbuatda yazılanlara aydınlıq gətirib: "Mən "Survivor" yarışmasında olan zaman həyat yoldaşımla bağlı mətbuatda çox şey yazıldı. Günay model və aktrisadır. Dörd ay burada olmadığım üçün Günay özünü evə qapatmadı. Əslində düz də etdi. Günay subay qadın deyil. Biz sevgili münasibəti yaşamırıq. Ailəliyik, övladımız var. Burada məsələ ciddiləşir. Ailə müqəddəsdir. Media nümayəndələri də buna hörmət etməlidirlər. Yazılanlara fikir verilməlidir. Yazılar bir yana, şərhlər lap dəhşət idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB