"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov "Eurovision 2013"-ün ukraynalı iştirakçısı Zlata Aqneviçlə duet oxuyub. SİA-nın verdiyi xəbərə görə, məşhurlar duet şəklində ifa etdikləri "İce and fire" ("Buz və alov") adlı mahnıya klip də çəkdirəcəklər. İngilis dilində səslənən mahnı avqust ayında Ukraynada, daha sonra Azərbaycanda təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB