"Anadolu Atəşi" rəqs qrupunun rəhbəri Mustafa Ərdoğan keçmiş həyat yoldaşı türkiyəli müğənni Gülbən Ərgən haqqında xoşagəlməz fikirlər səsləndirib. SİA-nın verdiyi xəbərə görə, o, sənətçinin adını çəkməsə də, dolayı yolla ünvanına xoşagəlməz ifadələr işlədib: "Məhəbbətə inamım tükənib. Hər zaman kiməsə həddindən artıq güvəndiyim üçün peşman olmuşam. Sonuncu təcrübəm də bunu sübut etdi. O, məni yerlə-yeksan elədi. Odur ki, əsla ailə qurmaram".
Qeyd edək ki, G. Ergen 2012-ci ildə Mustafa Ərdoğandan boşanaraq telejurnalist Ərhan Çeliklə nigah masasına əyləşmişdi. Hazırda onun ilk evliliyindən üç oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB