Qardaş ölkənin ulduzları Azərbaycana dəstək oldu FOTOLAR

Qardaş ölkənin ulduzları Azərbaycana dəstək oldu FOTOLAR

Türkiyənin məşhur ulduzları şəhid olmuş əsgərlərə görə Azərbaycana baş sağlığı veriblər. Onları SİA-ya oxucularına təqdim edirik:

Müğənni Murad Dalkılıç: "Azərbaycandakı dost və qardaşlarımız, başınız sağ olsun. Şəhidiniz şəhidimiz, kədəriniz kədərimizdir".

Müğənni İntizar: "Şəhidin şəhidimizdir. Allah rəhmət eləsin, Azərbaycan". "Allah səbr versin. Başımız sağ olsun".

Müğənni Ebru Polad: "Azərbaycanlı qardaşlarımızın başı sağ olsun. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik".



Müğənni Selami Şahin: "Qəminiz qəmimizdir. Başın sağ olsun, Azərbaycan".

Müğənni Mustafa Ceceli: "Vətən, başın sağ olsun".

Müğənni-rejissor Mahsun Kırmızıgül: "Azərbaycan ağlayır. Azərbaycan ermənilərin silahlı hücumuna məruz qalıb. 11 azərbaycanlı əsgər şəhid olub. Soma faciəsində bizim acımızı bölüşdüyünüz kimi, biz də sizin dərdinizə şərikik. Allah səbr versin, məkanları cənnət olsun".



Müğənni Petek Dinçöz: "Şəhidin şəhidimizdir. Allah rəhmət etsin, Azərbaycan! Vətən başın sağ olsun!".

Müğənni-rejissor Özcan Dəniz: "Yanınızdayıq".

Müğənni Ezo: "Vətənim Azərbaycanım başın sağ olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə