Xatirə İslam Baxşəliyevlər cütlüyünü təbrik etdi FOTO

Xatirə İslam Baxşəliyevlər cütlüyünü təbrik etdi FOTO

Teleaparıcılar Zaur və Günay Baxşəliyevlər cütlüyünün qızı Dilavərin 1 yaşı tamam olub. SİA-nın verdiyi xəbərə görə, şəhidlərimizə hörmət əlaməti olaraq məclis təxirə salıb.

Bu haqda müğənni Xatirə İslam "İnstaqram" səhifəsində oğlu Emilin dilindən cütlüyün qızını təbrik edib: "Zaur şəhid olan qardaşlarımıza görə ad günü keçirmədi. Amma tezliklə hər şey yaxşı olar və qeyd edərik. Dilavərin ad gününü təbrik edirəm. Allah atalı-analı böyütsün".

Z.Baxşəliyev də öz növbəsində təşəkkür edib: "Canım Emilim, çox sağ ol. Allah səni vətənə, torpağa layiqli övlad kimi böyütsün. Siz böyüyüb, aydın səma altında yaşayın, güllə səsi eşitməyin, anaların göz yaşını görməyin. Biz uşaqlığımızı güllə altında keçirdik, Allah balalarımıza bunu göstərməsin. Müharibə olsun deyənlər bilmirlər ki, o dəhşətli hal insanlara nə qüssələr bəxş edir. Allah bir də xalqımıza belə gün göstərməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə