Türkiyəli müğənni-rejissor Özcan Dənizin lentə aldığ "Sevimli və təhlükəli" filminin çəkiliş meydançasında qəza baş verib. SİA-nın verdiyi xəbərə görə, baş rolda oynayan aktrisa Ayça Ayşin Turan və aktyor Şükrü Özyıldızın çəkiliş zamanı yıxılmaları bütün heyəti təlaşa salıb. Belə ki, yüksəklikdən tullanmalı olan Ayçanın ayağı ipə dolanaraq yerə çırpılıb və əzilib. Ş.Özyıldız da eyni kadrların çəkilişi zamanı oxşar hadisəni yaşayıb. Hündürlükdən tullanan aktyorun biləyi burxulub. Həkim müayinəsindən sonra onların hər ikisinin vəziyyətinin yaxşı olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB