Son günlər cəbhə bölgəsində yaranan gərginliyə görə xalq artisti Aygün Kazımova Nabranda verəcəyi solo konsertini təxirə salıb. Bu baradə SİA-ya konsertin təşkilatçısı prodüser Tolik məlumat verib: "Aygün Kazımova avqust ayının 22-də konsert verəcəkdi. Lakin sözügedən gecəni təxirə saldıq. Buna səbəb son günlər cəbhə bölgələrində mərd oğulların şəhid olmasıdır. Onlar Azərbaycan üçün öz canlarından keçiblər. Mən bu konserti təşkil etməklə xalqın gözündən düşə bilmərəm. Çünki ən yaxınımız öləndə də toya və ya konsertə getmirik. Şəhidlərimizin qırxı çıxmayana qədər heç bir işdə təşkilatçılıq etməyəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB