Cəlal Qurbanov və Tünzalə Ağayeva insanları vətənpərvərliyə səslədi
ASAN Xidmət" Könüllülərinin təşəbbüsü ilə vətənpərlik mövzusunda "Qarabağın səsi" adlı bəstə hazırlanıb. Bu haqda SİA-ya mahnının bəstəkarı Cəlal Qurbanov məlumat verib: "Hər günümüz, hər anımız Şuşa, Xocalı, Xankəndi ilə bağlıdır. Şəhid olmuş əsgər və zabitlərimiz in ailəsinə dərin hüzünlə baş sağlığı verirəm. Vətən sağ olsun. Cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağımızı düşmən tapdağından azad edəcəyik və qalibiyyət marşlarının sədaları altında üç rəngli bayrağımızı Xankəndində ucaldacayıq. Onu da deyim ki, son günlər düşmənlə sərhəddə baş verən hadisələrə görə əhali arasında vətənpərvərlik ruhunu artırmaq istəyirik. Odur ki, əməkdar artist Tünzalə Ağayevlə yeni bəstə ərsəyə gətirdik. İnanırıq ki, "Qarabağaın səsi" adlı mahnı insanlarımızda vətənpərvərlik ab-havası yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB