Əməkdar artist Gülyanaq Məmmədova və istedadlı gənc müğənni Nurxan Quliyev "Can't help falling in love" bəstəsinə çəkdirdikləri klipi tamaşaçıların ixtiyarına verib. Bununla əlaqədar olaraq sənətçilər mətbuat konfransı keçirmək istəyib. Lakin Azərbaycan 9 şəhidini itirdiyi üçün tədbir təxirə düşüb. Bu haqda SİA-ya əməkdar artistin özü danışıb: "Bu gün 9 əsgərimiz vətən yolunda həlak olduğu üçün ekran işini təmtəraqlı şəkildə keçirmək istəmirəm. Ancaq klip haqqında danışa bilərəm ki, "Can't help falling in love" bəstəsini gənc müğənni Nurxan Quliyevlə birgə Şəmkirdə evlərində çəkdirmişik. Ekran işini lentə almağı rejissor Cavidə həvalə etdik. Çəkiliş 7 saat oldu. Çox yorğun idik. Düşünürəm ki, klipimiz tamaşaçılar tərəfindən bəyəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB