Sənətçi "Tövsiyə" verdi FOTOLAR

Türkiyəli müğənni Hadisənin bir ildən çoxdur üzərində işlədiyi "Tövsiyə" adlı yeni albomu hazırdır. SİA-nın verdiyi xəbərə görə, müğənni yeni diskini avqust ayının 4-də tamaşaçılara təqdim edəcək. Prodüseri bacısı Hülya Açıkgöz olan bu albomda ifaçı bir-birindən maraqlı mahnıları səsləndirdiyini bildirib: "Sizə tövsiyələrlə dolu bəstələr seçmişəm. Xoşbəxtliyiniz üçün mübarizə aparın, həyatdan zövq alın. Qatar arxasınca baxanlardan olmayın, sadəcə yaşayın!".

Qeyd edək ki, Hadisə albomundakı "Hardasan, eşqim" adlı mahnısına klip də çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə