Xəbər verdiyimiz kimi, rejissor Kənan MM müğənni Vüqar Muradovu döydüyü üçün həbs olunub. Məsələ ilə əlaqədar olaraq Sərhəd Qoşunlarının kapitanı, kikboksinq üzrə dünya və Avropa çempionu, baş məşqçi Fuad Zeynalov SİA-ya açıqlama verib: ""Ulduzların döyüşü" layihəsində Kənanın çiyni çıxmamışdan öncə Vüqar ondan üstün idi. Vüqar qalib gəldiyi üçün də Kənan MM onun qələbəsini qəbul etmirdi. Dəfələrlə onların aralarındakı münaqişəni sakitləşdirmişəm. Onu da deyim ki, hər ikisinə kənardan təzyiqlər olurdu. Hətta sosial şəbəkələrdə Kənanı qıcıqlandırıb, bu məsələni şişirdirdilər. Onların aralarını vurmaq istəyirdilər. Hazırda həmin insanlara görə Kənan əli qandallı barmaqlıqlar arasındadır. Bu, çox xoşagəlməz haldır. Xüsusilə diqqətinizə çatdırım ki, Kənan ürəyitəmiz, mömin insandır. Peşəkar aktyor və rejissordur. Bütün idmançılar adından Daxili İşlər Nazirliyindən xahiş edirik ki, Kənanın bu şıltaqlığını əfv edib, azadlığına qovuşdursunlar. Çünki Kənan bizə lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB