“Vüqar dediklərini boynuna almadığı üçün Kənan onu döydü” YENİLƏNİB
Xəbər verdiyimiz kimi, tanınmış rejissor Kənan M.M həbs edilib. Buna səbəb rejissorun müğənni Vüqar Muradovu döyməsi olub. Baş verənlərə Kənan MM-in adını gizli saxlamaq istəyən yaxın dostu aydınlıq gətirib: "Vüqar Kənan haqqında xoşagəlməz sözlər danışmışdı və bu anda Vüqarın səsini lentə almışdılar. Həmin səsyazmaya Kənan qulaq asdıqdan sonra Vüqarla söhbət etmək qərarına gəldi. Lakin Vüqar deyilənləri boynuna almayaraq jurnalistləri günahlandırdı. Sübut göstərildikdən sonra aralarında münaqişə baş verdi. Bu zaman Kənan əsəblərini cilovlaya bilməyərək, Vüqarı vurdu. Onu da deyim ki, hadisə zamanı Kənan Vüqarın qardaşına heç nə etməyib".
Məsələ ilə əlaqədar olaraq Vüqarın da fikirlərini öyrənmək istədik: "Kənan mənə zəng edib, toy danışmaq adıyla məkana çağırdı. Orada Kənanı və adamlarını gördüm. Məqsədi məni döyüb, videoya çəkib, "Youtube"a yerləşdirmək idi. Amma buna nail ola bilmədi. Polis tərəfindən davanın qarşısı alındı. Onun söyüşlərini heç vaxt bağışlamayacaqdım. Kənanı əlləri qandallı halda gördüm, ürəyim ağrıdı. Mənə yaxınlaşdı, haqqını halal et dedi. Mən də haqqımı halal edirəm. İndi polis idarəsinə gedirəm. Şikayətimi geri götürəcəm. Onu Allah bağışlasın. 38 yaşlı kişiyə, ailəsi, uşaqları, xəstə anası olan birinə bu yaraşmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB