Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov SİA-ya açıqlaması zamanı deyib ki, Vüqar və Vüsal Muradov qardaşları Kənan haqqında şikayət ərizəsi ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə