Deyilənlərə görə, xalq artisti Brilliant Dadaşova yaxın günlərdə oğlunu evləndirəcək. SİA-nın verdiyi xəbərə görə, belə şayiyələrin ortaya çıxmasına səbəb sənətçinin oğlunun sosial şəbəkədə "Arzularımın qadınını tapdım. Digər arzularla vidalaşmaq olar"-sözlərini yazması olub.
Qeyd edək ki, bir müddət öncə yerli mətbuatda xalq artistinin oğlunun evlənməsi ilə bağlı xəbərlər yer almışdı. Hətta Cahadın və başqa millətdən olan bir xanımın körpə qız uşağı ilə çəkdirdiyi fotosu sosial şəbəkələrdə yayımlanmışdı. Xalq artisti isə eşitdiyi xəbərdən şoka düşmüşdü. Oğlunun qeyri-rəsmi münasibət qurmasına etiraz etmədiyini qeyd edən Dadaşova Cahadın rəsmən evli olmadığını bildirmişdi. Daha sonra isə məlum olmuşdu ki, şəkildəki uşaq Brilliant Dadaşovanın bacısının nəvəsi imiş.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB