Gələn ay Azərbaycanda konsert verməyi planlaşdıran türkiyəli müğənni Demet Akalının evi qarət olunub. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib: "Evimdən oğurlanan pullarla Marmarisdə əyləncə məkanı açan çoxbilmişlər rol dəyişdirib məni konsertə çağırırlar! Bu mübarək gündə Allah bəlanızı versin! Mənim alın tərimi oğurladığınız üçün hər damlası irin-qan olsun. Sürüm-sürüm sürünün. O, biri dünyada yatmağa yeriniz yoxdur!".

Bütün xəbərlər Facebook səhifəmizdə