İbrahim Tatlısəsin vəziyyəti yenidən pisləşdi

İbrahim Tatlısəsin vəziyyəti yenidən pisləşdi

Türkiyəli sənətçi İbrahim Tatlısəs Amerikaya üz tutacaq. SİA-nın verdiyi xəbərə görə, bir müddət öncə silahlı hücuma məruz qalan sənətkar xeyli müalicədən sonra tam sağalmayıb. Kəllə sümüyünün parçalarından biri riskli olduğu üçün çıxarılmamışdı. Buna görə də Tatlısəs Ramazan Bayramından sonra Amerikaya yollanacaq və əməliyyat masasına uzanacaq. Hücumdan sonra sol tərəfi iflic olan müğənni bu əməliyyatla sol qolunun hərəkət qabiliyyətini də yenidən əldə etmiş ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə