Zarinadan yeniliklər

Müğənni Zarina Məmmədova türkiyəli ulduz Sərdar Ortaçla eyni səhnəni bölüşəcək. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Nahid Emiloğlunun təşkilatçılığı ilə 27 sentyabrda "Yaşıl Teatr"da Sərdarla səhnəyə çıxacağıq. Konsertdə ön səhnə mənə məxsusdur. Gecənin aparıcısı Zaur Nəbioğlu olacaq. Yeniliklərim bununla bitmir. Yeni mahnı üzərində çalışıram. Musiqisi Elçin Cəfərovun, sözləri Azər Şirinin "Niyəsi yoxdur" adlı mahnını hazırlayıram. Elçinlə Azər birgə mükəmməl bəstə ərsəyə gətirib. Çox inanıram ki, bu mahnı sözün əsl mənasında hit olacaq. Dinləyicilərim yeni bəstəmi konsertimdə eşidəcəklər".

Qeyd edək ki, hazırda Zarina İstanbuldadır, yaxın zamanda vətənə dönüb, işlərinə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə