“Yeni dalğa” müsabiqəsinə kimlər qatıldı? FOTOLAR

“Yeni dalğa” müsabiqəsinə kimlər qatıldı? FOTOLAR

Hər il Yurmalada keçirilən "Yeni dalğa" müsabiqəsinin açılışı olub. SİA-nın məlumatına görə, müsabiqədə münsif kürsüsündə rus estradasının tanınmış simaları - Filipp Kirkorov, Valeriy Meladze, İqor Nikolayev, Leonid Aqutin və Layma Vaykule əyləşiblər. 13 ölkədən 16 iştirakçının qatıldığı yarışmanın açılış mərasiminə müğənni Alla Puqaçova, Maksim Qalkin, Yana Rudkovskaya, İrina Dubsova, Polina Qaqarina qatılıb. Gecənin aparıcıları Sergey Lazarev, Anna Semenoviç, Lera Kudryavtseva, Aleksandr A.Revva, Stas Kostyuşkin olublar. Gecənin qonaqları arasında müğənni-bəstəkar Emin də yer alıb. O, Bakıda çəkdirdiyi "Naçistatu" ("Açıq") adlı klipini "Yeni dalğa"da təqdim edəcəyini bildirib.

Bu il müsabiqənin iştirakçıları arasında Azərbaycandan təmsilçi olmayacaq. Yarışmada ABŞ, Rusiya, Almaniya, İtaliya, Litva, Qazaxıstan, Qırğızıstan, Gürcüstan təmsilçiləri mübarizə aparacaqlar.

Qeyd edək ki, bu günə qədər ölkəmizi "Yeni dalğa"da təmsil edənlər arasında müğənni Çingiz Mustafayev və Aynişan Quliyeva olub.

Bütün xəbərlər Facebook səhifəmizdə