Məşhur müğənni Elton Con musiqi aləmi ilə vidalaşacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı daha əvvəl də belə bir fikirdə olduğunu açıqlasa da, artıq qərarını qətiləşdirib. Ailəsi ilə istədiyi qədər vaxt keçirmək üçün musiqidən uzaqlaşmağın vacib olduğunu deyən Elton bu il ərzində saysız-hesabsız konsertlər verdikdən sonra bu addımı atacaq. İfaçının meneceri bu haqda məlumat verərək onun təqaüdə çıxmaq istədiyini deyib: "Elton Con 1977-ci ildə səhnəni tərk etmək istəyirdi, amma karyerasını davam etdirdi. 2010-cu ildə ikinci dəfə bu addımı atanda yenə də hər şey əksinə oldu. Amma artıq 67 yaşı var və sözün həqiqi mənasında yorğunluq hiss edir. Bu səbəbdən səhnəni tərk edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB