Sənətçi subaylığına son qoyacaq

Azərbaycanda fəaliyyət göstərən türkiyəli müğənni Gökhan Erol bəylik kürsüsünə əyləşəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçinin toyu avqust ayının 12-də Türkiyədə baş tutacaq.

Qeyd edək ki, müğənni may ayında Türkiyədə Neşə Kumtepe adlı xanımla nişanlanmışdı. Nişan mərasimində müğənninin qardaşı bəstəkar Hakan Erol və həyat yoldaşı azərbaycanlı şairə Leyli İsrafilova da iştirak etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə