Rəqqasəyə yarışmada pul verdilər

Rəqqasəyə yarışmada pul verdilər

Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" rəqs yarışmasında finala vəsiqə qazanan rəqqasə Oksana Rəsulovaya 25 min Hindistan rupisi (təxminən 403 dollar) verilib. SİA-nın verdiyi xəbərə görə, aktyorluq bacarığını nümayiş etdirən Oksana çıxışı ilə münsifləri heyran qoyub.

Qeyd edək ki, Hindistan televiziyasında həftənin şənbə və bazar günləri yayımlanan müsabiqənin finalına 12 iştirakçı vəsiqə qazanıb. Onlardan altısı qız, altısı isə oğlandır.

Bütün xəbərlər Facebook səhifəmizdə