Robertino Loretti konsert  verdi

Beynəlxalq Muğam Mərkəzində İtaliyanın "qızıl səsi" Robertino Lorettinin konserti olub. SİA-nın verdiyi xəbərə görə, gecənin səbəbkarı konsertə gələnlərə minnətdarlığını bildirib və Bakıda konsert verdiyi üçün şad olduğunu dilə gətirib. Müğənni konsert proqramında ən sevilən "Romantica", "O sole mio", "Santa Lucia" adlı bəstələrini səsləndirib. Konsertdə beynəlxalq müsabiqələr laureatı Emin Əminzadə də çıxış edib. O, R.Lorettinin repertuarından məşhur "Besame Mucho" mahnısını oxuyub. Tamaşaçılar İtaliyanın "qızıl səsinin" çıxışını alqışlarla qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə