Röya üzünü fanatlarına tutdu

Müğənni Röya Ayxan söz-söhbətdən təngə gəldiyini deyib. SİA-nın verdiyi xəbərə görə, sənətçi sosial şəbəkədə Türkiyənin TMB kanalında "pərəstişkarların savaşı" yarışmasında xalq artisti Aygün Kazımova ilə üz-üzə qoyulmasından narazı olduğunu bilıdirib: "Mənim əzizlərim, bu gün çıxan xəbərlər sizi sarsıtmasın. Mən fanatlarımızın savaşını izləməyi xoşlamıram. Bir-birimizi sevək, hörmət edək, bəsdir. Söz-söhbətdən bezdim. Biz sevilmək üçün iş görürük, savaşmaq üçün yox. Qalib gəlməli başqa problemlərimiz var. Sizi sevirəm. Məni mən etdiyiniz üçün çox sağ olun".

Bütün xəbərlər Facebook səhifəmizdə