Məşhurlar Azərbaycana gəlir

Azərbaycana ulduz axını olacaq. SİA-nın verdiyi xəbərə görə, türkiyəli məşhurlardan "Kurtlar vadisi" serialında Memati obrazı ilə tanıdığınız aktyor Gürkan Uygun, rəqqasə Asena, müğənnilər Gökhan Özen, Demet Akalın, Kaan Gülsoy, rumıniyalı qrup "Radio Killer" və müğənni İnna, rusiyalı müğənni Lolita və digər məşhurlar Bakıya gələcəklər.

Onlar buraya gəlməsinə səbəb avqust ayının 23-ü paytaxtımızda - "Crystal Hall"da keçiriləcək "Miss Globe İnternational" gözəllik müsabiqəsinin final mərhələsi ilə əlaqədardır.

Belə ki, həmin müsabiqədə 72 ölkənin gözəli iştirak edərək onlardan biri "Miss Globe İnternational" adına layiq görüləcək.

Qeyd edək ki, 89-cu "Miss Globe İnternational" Azərbaycanda ilk dəfə olaraq həyata keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə