Dünya ulduzu ilk dəfə qardaş ölkəyə gedəcək

Dünya ulduzu ilk dəfə qardaş ölkəyə gedəcək

Qeyri-adiliyi ilə yadda qalan məşhur müğənni Ledi Qaqa Avropa turnesi çərçivəsində ilk dəfə Türkiyəyə gedəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçi sentyabrın 16-da İstanbulda sevənləri ilə görüşəcək.

Nəzərinizə çatdıraq ki, L.Qaqa üç dünya turnesindən 300 milyon dollar gəlir əldə edib və 5 dəfə "Qremmi" mükafatına layiq görülüb.

Qeyd edək ki, L.Qaqanın ümumilikdə 27 milyon albomu və 125 milyon sinqlı satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə