Hazırda Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergünlə Hollandiyada təhsil alan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq bir araya gəlib konsert verməyə hazırlaşırlar. Bu barədə SİA-ya danışan Oya Ergün artıq verəcəkləri konsertin məşqlərinə başladıqlarını deyib: "Mən musiqi təhsilimi, Cəmilə xanımla birlikdə Hollandiyada almışam. Bir müddətdən sonra Azərbaycana gələrək onunla görüşdüm. Sonra Cəmilə xanımın Bakıdakı konsertində oldum və həmin konsertindən sonra qərara gəldik ki, ikimiz birlikdə səhnəyə çıxaq. Artıq məşqlərə başlamışıq. İkimz də konsertə çox ciddi hazırlaşırıq. Konsertimiz avqust ayının əvvəlində baş tutacaq".
Qeyd edək ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB