Aygün Kazımova yoxsa Röya Ayxan?

Türkiyənin TMB telekanalında yayımlanan "Fan savaşları" yarışmasının budəfəki buraxılışında xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxanın fanatları qarşı-qarşıya gələcək. SİA-nın verdiyi xəbərə görə, verilişin şərtlərinə görə, fanatlar sevdikləri müğənninin adını yazaraq ona sosial şəbəkədə səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab olunur. Qələbə qazanan müğənninin mahnıları və klipləri isə gün ərzində həmin telekanalda yayımlanır.

Nəzərinizə çatdıraq ki, "Fan savaşları" həftənin hər çərşənbə axşamı, cümə axşamı və cümə günü Türkiyə vaxtilə saat 19:30-20:30 arasında, çərşənbə günü isə 18.00 - 19.00 arasında TMB-də yayımlanır.

Qeyd edək ki, Aygün və Röyanın "Fan savaşları"nın nəticəsi bu gün elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə