Emin Ağalarov tamaşçılarına xoş an yaşatdı FOTOLAR

Emin Ağalarov tamaşçılarına xoş an yaşatdı FOTOLAR

Müğənni-bəstəkar Emin Ağalarov "Yaşıl Teatr"da növbəti konsertini həyata keçirib. SİA-nın verdiyi xəbərə görə, səhnəyə alqışlarla və atəşfəşanlıqla çıxan ifaçı ilk olaraq mahnılarından ibarət papuri səsləndirib. Daha sonra sənətçi konsertinə təşrif buyuran qonaqları salamlayıb:"Bakını çox sevirəm. Bu gecəyə xüsusi hazırlaşmışam. Həm oxuyacağıq, həm də rəqs edəcəyik. Burada olmaq çox xoşdur. Azərbaycandakı konsertlərimin mənim üçün xüsusi yeri var".

Gecədə maraqlı anlar yaşanıb. Belə ki, müğənni iki dəfə tamaşaçıların yanına enərək şəkillər çəkdirib.

Qeyd edək ki, bu Eminin "Yaşıl Teatr"dakı sayca altıncı konsertidir.

Bütün xəbərlər Facebook səhifəmizdə