“İncir reçeli” filminin ikinci hissəsi çəkilir

“İncir reçeli” filminin ikinci hissəsi çəkilir

Müəyyən kütlənin maraqlı izlədiyi məşhur "İncir reçeli" ("Əncir mürəbbəsi") filminin ikinci hissəsinin çəkilişinə start verilib. SİA-nın verdiyi xəbərə görə, müğənni Halil Sezainin baş rolda oynadığı ekran işinin birinci hissəsi 2011-ci ildə yayımlanıb.

Ssenarisi qaradinməz Mətin və onun bu xasiyyətinin əksinə, deyib-gülən, QİÇS xəstəsi olan sevgilisi Duyğunun eşq hekayəsi əsasında yazılmış filmin budəfəki sayında qəhrəmanın yalqız həyatı canlandırılacaq. Video-fraqmenti hazırlanmış ekran işi oktyabrda nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə