Sənətçinin bu gün 30 yaşı tamam olur

Sənətçinin bu gün 30 yaşı tamam olur

Bu gün müğənni Nurlan Növrəsli 30 yaşını qeyd edir. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə yaxınları və dostları təbrik edib.

Nəzərinizə çatdıraq ki, Nurlan Növrəsli 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-2002-ci illərdə BülBül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanin sinfini bitirib. "Azəri Star" 2004 musiqi-televiziya müsabiqəsinin finalçısıdır. İlk klipini "Sən ki" adlı mahnısına 2006-cı ildə çəkdirib.

Qeyd edək ki, Nurlan müğənni olmasıyla bərabər həm də kaman və skripkada ifa edə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə