Nadir Qafarzadə və “kiçik əjdaha” sından yeni xəbər var FOTOLAR

Müğənni Nadir Qafarzadə "kiçik əjdaha" dediyi tələbəsi Rauf Bədəlzadə ilə oxuduğu "Unutulur" adlı duetini mediaya təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi mahnının dinləyicilər tərəfindən seviləcəyini inandığını bildirib: "Mənə bu sənətə gələndə heç kim kömək etməyib. Daim yolumu bağlamaq istəyiblər. Məhz bu amili nəzərə alıb, istedadlı gənclərə dəstək olmağı qərara almışam. Bu gün tələbəm Raufla birlikdə qədim türk bəstələrindən olan "Unutulur" adlı mahnını dinləyicilərin ixtiyarına verdik. Bu nəğməni iki versiyada lentə aldırmışıq. Ötən ay birinci, daha sonra isə ikinci formanı hazırladıq. Düşünürəm ki, duetimiz seviləcək. Rauf mənim dəstəklədiyim sonuncu gənc olmayacaq. Raufla ifa etdiyim bu mahnıya klip də çəkdirəcəyik. Ekran işi hazır olduqdan sonra, dinləyicilərin ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...