Səbinə Babayeva və Roberto Kel Torres eyni səhnəni paylaşacaq FOTO
Bu gün "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva kubalı müğənni Roberto Kel Torreslə birgə səhnəyə çıxacaq. SİA-nın verdiyi xəbərə görə, sənətçilər konsert proqramı ilə çıxış edəcəklər. "Historia de Un Amor" adlanan konsert proqramı "Jumeirah Bilgah Beach Hotel"in "Equinox Beach Club"da baş tutacaq.
Qeyd edək ki, kubalı müğənni Roberto Kel Torres Ukraynanın Yurmala şəhərində keçirilən "Yeni Dalğa 2013"ün qalibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB