Təranə Səmədova: “İstərdim ailəm olsun”

Yenicə plastik əməliyyat etdirən prodüser Təranə Səmədova şəxsi həyatı haqqında maraqlı məqamların üstünü açıb. Bu barədə SİA-ya danışan prodüser ailə qurmaq istədiyini etiraf edib: "Birinci evliliyimin uğursuz olmasına baxmayaraq, istərdim ailəm olsun. Ancaq ailə qurduğum şəxs mənim hesabıma yaşayacaqsa, ərə getməsəm yaxşıdır. Hər bir qadının qayğıya ehtiyacı var. Onu da deyim ki, hazırda həyatımda heç kim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə