Elçin Cəfərov izdihamla qarşılandı FOTOLAR

Elçin Cəfərov izdihamla qarşılandı FOTOLAR

Müğənni Elçin Cəfərov sevənləri ilə görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi fanatları ilə görüşə cangüdənləri ilə gəlib. Elçini görmək üçün bir çox insanlar məkana axışaraq onunla şəkillər çəkdiriblər. İzdihamı görən Elçin görüşünə gələn pərəstişkarlarına xoş sözlər deyib: "İmza günümə gəldiyiniz üçün çox şadam. Bu gün burada iştirak edənlər "Dilimin ucunda" adlı albomumu imzamla bərabər əldə edəcək. Düşünürəm ki, sevənlərimlə arada görüşməliyəm. Amma yaradıcılıq işlərimin çox olması bu istəyimi gerçəkləşdirməyə imkan vermir. Bu gün bu tədbiri təşkil edən dj Kazıma, ümumilikdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, mahnının musiqisi E.Cəfərova, sözləri Azər Şirinə, aranjemanı isə Tərlan Məmmədhüseynova məxsusdur.

E.Cəfərovun imza günündən şəkilləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə