Tanınmış teleaparıcının arvadı depresiyaya düşdü

Tanınmış teleaparıcının arvadı depresiyaya düşdü

Türkiyənin məşhur prodüseri və teleaparıcısı Acun Ilıcalının yoldaşı Zeynep Ilıcalı Bodrumda iki aylıq körpəsini itirib. SİA-nın verdiyi xəbərə görə, Acunun ana bətnində olan körpəsinin oğlan olduğu deyilirdi. Şiddətli qarın ağrılarından xəstəxanaya qaldırılan Zeynep Ilıcalı hazırda Bodrumdakı evində özünə qapanıb.

Qeyd edək ki, Acunun ilk həyat yoldaşından bir, Zeynepdən iki və sonuncu sevgilisi Şeyma Subaşından bir qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə