Yenilikləri bol olan Ceyhun sevənlərinə nələr təqdim edəcək? FOTOLAR
"Qala" qrupunun solisti Ceyhun Əliyev ara vermədən çalışaraq yeni bəstələr yazdırdığını deyib. SİA-ya açıqlama verən sənətçi növbəti həmkarı ilə duet oxuyacağını bildirib: "Gürcüstanlı müğənni ilə yeni mahnı oxuyub, klip çəkdirəcəyik. Hələ ki, bəstənin adını demək istəmirəm. Çünki mövzu qıtlığıdır. "Qala" qrupuyla da fəaliyyətim olduğum üçün iki bəstəmin birini Azərbaycanda Tərlan Məmmədhüseynov, digərini Rəşad Hüseynov, üçüncü bəstəm isə Türkiyədə aranjiman olunur. Bu mahnıların birinə klip çəkdirəcəm. Bəstələrin ikisi ritmik, biri isə lirikdir. Daha sonra "Bəlalı" mahnısını yenidən aramjiman etdirib, klip çəkdirmişəm. Bir sözlə çalışıram. İstirahətə getmək fikrim yoxdur. Çünki işlərimi dayandıra bilmərəm".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB