Üç həftə əvvəl Hindistana gedən rəqqasə Oksana Rəsulova səfərinin məqsədi məlum olub. SİA-nın xəbərinə görə, bu barədə rəqqasə şəxsi "facebook" səhifəsində yazıb.
Oksana orada məşhur "İndias Best Cine Star Ki Khoj" şousuna qatılıb. Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanan şouda Oksana rəqsini nümayiş etdirib.
Sənətçi müsabiqə haqqında bunları vurğulayıb: "Yarışmanın seçim turlarına 2000-dən çox adam qatılıb. Onlardan yalnız 100 nəfər "Mega audition"a seçilməli idi. Mən seçildim. Sonda üç mərhələ olacaq. Finala 12 nəfər seçilməlidir. Bundan sonra nələr olacağını "Youtube" kanalımdan izləyə bilərlər. İnşallah məndə alınar. Münsif kürsüsündə Bollivud aktrisası Sonali Bendre, aktyor Ayuşman Hurana, tanınmış rejissor Vijay Krişna Açarya əyləşib. Çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı. Buna görə məni təbrik edən insanlar var olsun".
Yarışmadan olan həmin görüntüləri təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB