Müğənni Roza Zərgərli növbəti hit mahnısını təqdim etməyə hazırlaşır. Bu barədə SİA-ya ifaçının özü danışıb: "Bir neçə gün öncə dostum Muradla bir araya gəldik. Mənə bəstə göstərdi. Mahnıya qulaq asan kimi bəyəndim. Düşünürəm ki, "Atəş" mahnısından sonra bu "Şirin çay" bəstəsi də mənə düşərli olacaq. Ritmik versiyada olan bu mahnıya klip də çəkdirməyi düşünürəm".
Qeyd edək ki, "Şirin çay" adlı bəstənin sözləri və musiqisi aparıcı-bəstəkar Murad Arifə məxsusdur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB