Müğənni nələr etmək arzusundadır?

Müğənni nələr etmək arzusundadır?

Müğənni Elçin Hüseynov yeni bəstə üzərində çalışır. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Bildiyiniz kimi, el şənliklərində çox iştirak etdiyim üçün ritmik mahnılar yazdırıram. Həmin siyahıya daha bir bəstəmi artıracam. Belə ki, sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova və Tərlan Məmmədhüseynova aid olan "Cavanlıq" adlı yeni mahnım işıq üzü görəcək. Bu mahnını tamamlayıb bitirdikdən sonra ailəmlə xarici ölkələrin birində dincəlməyə gedəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə