Küsülü həmkarlar barışdı

Bir müddət öncə küsülü olan Türkiyənin iki tanınmış müğənnisi Sərdar Ortac və Ebru Gündeş aralarındakı incikliyə son qoyublar. SİA-nın verdiyi xəbərə görə, Ebru həmkarının vəziyyətinin ağırlaşdığını və xəstəxanada olduğunu öyrənərək, zəng edib və ona hər cür kömək etməyə hazır olduğunu bildirib. Sərdar isə Ebrunun bu jestini qarşılıqsız qoymayaraq, ona öz təşəkkürünü və minnətdarlığını bildirib. Uzun illər dost olan və bir müddət öncə küsən iki məşhur yenidən yaxın dosta çevriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə