Müğənni gizli evləndi?

Deyilənlərə görə müğənni Nurlan Təhməzli gizlicə ailə həyatı qurub. Bu haqda SİA-ya danışan sənətçi məsələyə aydınlıq gətirib: "Hələki evlənmək fikrim yoxdur. Bu söz-söhbətində yaranmasına səbəb "Gəl, evlənək" adlı mahnımın ərsəyə gəlməsidir. Həmin bəstəyə hazırda qeyri-adi klip çəkirik. Ekran işinin rejissorunu və ssenarisini hələki gizli saxlayıram".

Qeyd edək ki, "Gəl, evlənək" adlı bəstənin musiqisi ifaçının özünün, sözləri Zülfi Bədəlovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə