Şou-biznesin çox yeyən müğənnisi kimdir?

Şou-biznesin çox yeyən müğənnisi kimdir?

"Müğənni Elçin Hüseynov görünüşündən danışıb. SİA-ya açıqlama verən sənətçi arıqladığını dilə gətirib: "Bir çox qohumlarım və sənət dostlarım arıqlamağımı məsləhət görürdülər. Məni yaxından tanıyanlar bilir ki, yeyib-içməyi çox xoşlayıram. Ancaq Müqəddəs Ramazan ayında olduğumuz üçün oruc tuturam və xeyli arıqlamışam. Onu da deyim ki, iftar süfrələri də verirəm".

Sənətçi avqust ayında dincələcəyini də söyləyib: "İşlərim çox olduğu üçün istirahətə hələ ki gedə bilməmişəm. Ancaq avqust ayında dincəlməyi planlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə