Bacarıqlı aktyor Elçin Məmmədli görünüşündə dəyişiklik edib. Bu haqda SİA-ya açıqlama verən məşhur yeni çəkildiyi serial üçün xeyli çəki itirdiyini dilə gətirib: "Sentyabr ayında yeni serialı tamaşaçılarımızın ixtiyarına verəcəyik. Həmin filmin quruluşçu rejissoru Samir Qulamov, baş rol aktyoru isə özüməm. Sözügedən kinoda tanınmış yerli aktyorlarla yanaşı, qardaş ölkənin məşhur aktyorları da çəkilib. Serial üçün ciddi hazırlıqlar gedir. Ona görə də görünüşümdə dəyişiklik edərək 3 aya 10 kiloqram arıqlamışam. Eyni zamanda bığ saxlayıram".
Qeyd edək ki, Elçin Məmmədli bu vaxtadək "Küləklər şəhəri, Həkimlər, "Səndən sonra" adlı seriallarda rol alıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB