Sevinc Tofiqqızı İbrahim Tatlısəsə mahnı bəstələdi

Sevinc Tofiqqızı İbrahim Tatlısəsə mahnı bəstələdi

Bəstəkarımız Sevinc Tofiqqızı Türkiyə musiqisinin "İmperator"u İbarahim Tatlısəsə mahnı bəstələyib. Bu haqda SİA-ya bəstəkar xanımın özü məlumat verib: "İbrahim Tatlıses qardaş ölkənin ən önəmli səslərindən biridir. Biz onun mahnıları ilə böyümüşük. Hazırda Tatlısəsin oxuya bilməməsi məni çox üzür. İnanıram ki, İbarhim Tatlısəs tez bir zamanda sağalacaq və mənim ona bəstələdiyim sözləri dəyərli şairimiz Zəlimxan Yaquba aid olan "Məkkədə" mahnısı o, gözəl avazı ilə ifa edəcək. Ona musiqi bəstələməyimin önəmli səbəblərindən biri İbarhim Tatlısəsi ruhlandırmak və onu tez bir zamanda sağalmağını cani-könüldən arzu etməkdir".

Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da kompozisiya bəstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə