Bu gün müğənni nigah masasına əyləşəcək FOTOLAR

Bu gün müğənni nigah masasına əyləşəcək FOTOLAR

Türkiyəli müğənni Petek Dinçözdən xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu axşam yaxınlarını iftar yeməyinə dəvət edib. O, iftar zamanı sevgilisi, iş adamı Sərxan Kodaloğlu ilə nigah masasına əyləşəcək. İki ay əvvəl tanış olan Petek və Sərxan ötən həftə evlənmək qərarına gəliblər. Toylarını Ramazan ayından sonra edəcəklər.

Qeyd edək ki, Petek keçmiş həyat yoldaşı Can Tanrıyardan 2008-ci ildə boşanıb. Sərxan Kodaloğlu isə daha əvvəl şou dünyasının məşhur simaları müğənni Haticə və aktrisa Əsra Sönməzlər ilə eşq yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə